“Buraxdığımız səhvi heç təsəvvür edə bilməzdim” – Qriqorçuk

“Buraxdığımız səhvi heç təsəvvür edə bilməzdim” –  Qriqorçuk
GÜNDƏM 15 Mart 2017 / 00:20 2974
-  A +

"Gözlədiyimiz kimi ağır oyun oldu. Belə oyunlarda qol vəziyyətlərindən maksimum istifadə etməlisən. İlk hissədə imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Buraxdığımız səhvi heç təsəvvür edə bilməzdim".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 22-ci turunda "Neftçi" uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.


- Araz Abdullayevin oyununu necə dəyərləndirirsiz?

- Yerli oyunçulardan ikisi yox idi. Onlardan biri xəstələndi, digəri isə durduq yerdə zədələndi. Say baxımından yerli oyunçularla bağlı problemlərimiz var. Bir neçə futbolçumuzun zədələndiyi halda qələbə əldə etmək çox çətindi. Ancaq bunu bəhanə etmirəm. İstənilən halda, biz qələbəyə oynamalıyıq.
 
- Rafael Santos əvəzlənən zaman etiraz etdi. Hətta qolundakı sarğını çıxarıb yerə atdı...

- (gülür) Rafa aqressiv idi? Onun birbaşa paltardəyişmə otağına getməsi normaldı. Onun aqressiv hərəkət etdiyini düşünmürəm. Rafa çox mehriban insandı. Oyundan sonra o da daxil olmaqla futbolçuların əlini sıxdım.
 
- Sizcə, məğlubiyyətdə millinin toplanışının rolu oldu?

- Cavid Hüseynovu çıxmaq şərtilə milliyə dəvət almış oyunçular səviyyələrindən aşağı çıxış etdilər. Sözlərimi düzgün anlamağınızı xahiş edirəm. Mən millinin toplanışlarından gileylənmirəm. Fəxr edirəm ki, futbolçularım milliyə çağırılır. Ancaq top səviyyəli futbolçular həm millidə, həm də klubda eyni səviyyədə oynamalıdı. Bəlkə də, bu cür oynamalarına təcrübəsizlik mane olur.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı