Mourinyo ilə Konte arasında gərginlik - Video

Mourinyo ilə Konte arasında gərginlik -  Video
VİDEO 14 Mart 2017 / 02:33 13888
-  A +

İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində keçirilən “Çelsi” – “Mançester Yunayted” matçında qalmaqal yaşanıb. Qol.az-ın xəbərinə görə, matçın 40-cı dəqiqəsində hakimin mübahisəli qərarı komandaların baş məşqçiləri arasında gərginliyə səbəb olub.

Qonaqların baş məşqçisi Joze Mourinyo hakimə etiraz edərkən “Çelsi”nin çalışdırıcısı Antonio Konte onun üzərinə yeriyib və məşqçilər arasında söz davası baş verib. Matçın baş hakimi onlara yaxınlaşaraq sakit olmalarını tapşırıb.

Qeyd edək ki, bu oyunda 1:0 hesabı ilə qalib gələn “Çelsi” yarımfinala yüksəlib.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord