"İnter" uddu, "Zirə" uduzdu

"İnter" uddu, "Zirə" uduzdu
PREMYER LİQA 13 Mart 2017 / 19:53 11751
-  A +

Topaz Pemyer Liqasında 22-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçı Gəncədə oynanılıb. "Kəpəz" son turlar inamlı çıxış edən "Zirə"ni qəbul edib. Oyun "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Şahin Diniyevin komandasının 8 oyunluq qələbə həsrətinə son qoyulub.

Günün digər matçında "İnter" "Sumqayıt"la üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək.



13 mart

Topaz Premyer Liqası

XXII tur

18:00 “İnter” - “Sumqayıt” - 1:0
Qol:
Nizami Hacıyev, 39
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
“İnter Arena”

15:00. “Kəpəz” - “Zirə” - 1:0
Qol:
Julien Ebah, 56
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
Gəncə şəhər stadionu

14 mart

17:00. “Qarabağ” - AZAL
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
“Azersun Arena”

20:00. “Neftçi” - “Qəbələ”
Hakimlər
: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
“Bakcell Arena”


N Klublar O Q H M T-F X
1 Qəbələ 21 13 7 1 41-11 46
2 Qarabağ 21 14 3 4 36:11 45
3 İnter 22 10 9 3 32:21 39
4 Zirə 22 8 5 9 19-22 29
5 Sumqayıt 22 6 7 9 20-26 25
6 Kəpəz 22 4 9 9 15-24 21
7 Neftçi 21 6 2 13 15-34 20
8 AZAL 21 1 6 14 9-35 9

Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol, Rauf Əliyev ("İnter") - 7 qol  


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki