«Neftçi»nin baş məşqçiliyinə namizədə sərt ittiham: «Bu sözlərinə görə onu dəlixanaya atmaq lazımdır»

«Neftçi»nin baş məşqçiliyinə namizədə sərt ittiham: «Bu sözlərinə görə onu dəlixanaya atmaq lazımdır»
DÜNYA FUTBOLU 2 Mart 2010 / 11:32 2693
-  A +

Adı «Neftçi»nin baş məşqçiliyinə namizədlər sırasında çəkilən türkiyəli mütəxəssis Bülənt Uyğun keçmiş klubu «Sivasspor»un rəsmisi tərəfindən sərt ittihamla üzləşib. Qol.Az-ın Türkiyənin «Sabah» qəzetinə istinadən yaydığı məlumata görə, klubun mətbuat katibi Fikrət Ünsal Bülənt Uyğunun komanda rəhbərliyinin onun istədiyi transferləri gerçəkləşdirmədiyi barədə iddialarına toxunarkən bunları söyləyib: «Onun komandada görmək istədiyi futbolçulardan Engin Baytar «Trabzonspor»u istəyirdi və ora da keçdi. Buazza komandamıza gəldi, amma manyakın biriydi, oteldə dava saldı. Biz də komandadan qovduq. İdarə heyətindəki bəzi şəxsələr maliyyə məsələlərinə görə digər transferləri istəmədilər».
Bülənt Uyğunun tənqidlərinin haqsız olduğunu deyən F.Ünsal məşqçinin Qus Hiddinki Türkiyə millisinə gətirən federasiya rəhbərliyinin də yabancılardan təşkil olunması ilə bağlı fikirlərinə də münasibət bildirib: "Bu nə deməkdir? Necə yəni federasiyanın rəhbərliyi əcnəbilərdən təşkil edilsin? Belə açıqlamalar verdiyi üçün onun müalicəyə ehtiyacı var. Belə fikirlər söyləyən adamı dəlixanaya atmaq lazımdır».


 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı