"Zirə"dən əzmkar qələbə, "Kəpəz" 3 xalı əldən verdi

"Zirə"dən əzmkar qələbə, "Kəpəz" 3 xalı əldən verdi
PREMYER LİQA 5 Mart 2017 / 19:53 12725
-  A +

Bu gün Topaz Premyer Liqasında 3-cü dövrəyə yekun vurulub.

Qol.az-ın məlumatına görə, 21-ci turun son oyun günündə 2 matç keçirilib.

Gəncədə çempionatın autsayderləri üz-üzə gəlib. "Kəpəz" AZAL-ı sınağa çəkib. Son zamanlar qələbə üzünə həsrət qalan hər iki komanda dövrənin son oyununda da üç xala həsrət qalıb. Halbuki "Kəpəz" qələbə çox yaxın olub. Lakin 90-cı dəqiqədə qol vuraraq komandası AZAL-ı məğlubiyyətdən qurtarıb. Beləliklə, görüş 1:1 hesabı ilə yekunlaşıb.

"Neftçi" isə öz meydanında "Zirə"ni qəbul edəib. Gənc məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi qonaq komanda hesabda geridə olsa da, sonradan iki qol vuraraq əzmkar qələbə qazanıb və dördüncü pillədəki mövqeyini gücləndirib.



5 mart (bazar)

18:00.“Neftçi” – “Zirə” - 1:2
Qol:
Daniel Seqovia, 60-pen. (1:0), Georgi Navalovski, 62-avtoqol (1:1), Milan Duriç, 79 (1:2) 
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu

15:00.“Kəpəz” – AZAL - 1:1
Qol:
Şəhriyar Əliyev, 38 (1:0), Vaqif Cavadov, 90 (1:1)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
Gəncə şəhər stadionu

4 mart (şənbə)

"İnter” – “Qəbələ” - 0:2

“Sumqayıt” – “Qarabağ” - 0:4 




N Klublar O Q H M T-F X
1 Qəbələ 21 13 7 1 41-11 46
2 Qarabağ 21 14 3 4 36:11 45
3 İnter 21 9 9 3 31-21 36
4 Zirə 21 8 5 8 19-21 29
5 Sumqayıt 21 6 7 8 20-25 25
6 Neftçi 21 6 2 13 15-34 20
7 Kəpəz 21 3 9 9 14-24 18
8 AZAL 21 1 6 14 9-35 9

Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol, Rauf Əliyev ("İnter") - 7 qol  


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord