Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Videotəkrara baxıldı, Qrizmannın qolu ləğv edildi - Video

Yazarlar
 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
Aqil Abbas
 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
Anar Şabanoğlu
 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
Aydın BAĞIROV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
Azərbaycan - Almaniya - Şəkillər
Top 5
FİFA-dan Messiyə ağır cəza
"Azərbaycanlı futbolçular ilinə 600-700 min avro qazanırlar"
“Bizdə qəribə adamlar var” – Prosineçki
Millmizin oyunu "NTV Spor"da
Millimizin oyunçusu "Fənərbaxça"da oynaya bilər
Linklər
525ci Qəzet

“...Başımı götürüb qaçmaq istəyirdim” – 10 yaşlı “Apasport”un redaktoru
A A A

[04.03.2017]
“...Başımı götürüb qaçmaq istəyirdim” – <b style="color:red">10 yaşlı “Apasport”un redaktoru</b>

Martın 5-də Azərbaycanın ilk və nüfuzlu idman portallarından biri Apasport.az-ın 10 yaşı tamam olur. Yubileyləri ərəfəsində Qol.az-ın müxbiri saytın baş redaktoru İxtiyar Əsgərovla görüşərək ondan müsahibə götürüb.


- İlk olaraq ad gününüzü təbrik edirik. Apasport.az-ın yaranmasının 10 ili tamam oldu. Hansı hisləri keçirirsiniz?

- Təbrikə görə çox sağ olun. Əslində mən ad günümü ildə iki dəfə keçirirəm. Apasport-un yaranma günü və mənim doğum günüm. Mənim şəxsi dostlarımdan da çox saytımızın dostları var. Bizə gələn təbriklər, göstərilən diqqət məndə ruh yüksəkliyi yaradır.

- Apasport.az necə yarandı, ideya kimdən gəldi?

- 2006-cı ilin sonlarında saytı yaratmaq fikrinə düşdük. İlk kollektivimizdə Mehman Süleymanov, Elşən Məmmədov və Kənan Həsənov olub. “APA Holdinq”in prezidenti Vüsalə xanım belə bir ideyanı verərək soruşmuşdu ki, kollektiv yığa bilərsənmi, işləyə bilərikmi? Kollektiv yığıldı. Əvvəlcə mühasibatlıq ilə birlikdə balaca bir otaqda işləmişik. O vaxtlar xəbərlərimiz APA İnformasiya Agentliyinin idman bölməsində gedirdi. Daha sonra mart ayının 5-də Apasport.az ilk dəfə oxucularla görüşə gəldi

Əvvəlcə “Sport.apa.az” adıyla fəaliyyət göstərdik, daha sonra Apasport.az olaraq dəyişdirildi. Yadımfadır ki, ilk dəfə redaktor kimi 16 xəbər oxumuşdum. İnanın ki, başımı götürüb qaçmaq istəyirdim. Düşündüm ki, bu, nə işdir? Redaktor işinin çox çətin olduğunu gördüm. Ancaq əziyyətsiz iş olmur. Zamanla işlər qaydasına düşdü.

- Bir saytın 10 il ayaqda qalması, nüfuzlu idman saytlarından birinə çevrilməsi asan məsələ deyil. Bu 10 ildə hansı çətinliklərlə qarşılaşmısınız?

- Azərbaycanda az-az idman saytlarından biriyik ki, 10 il sabit çalışmışıq. Sayt işi elədir ki, əmək müqaviləsində göstərilən işin bitmə vaxtıyla işlər qurtarmır. Evə gedəndə də açıb baxmalısan xəbərlərə. Əvvəllər həftənin 6 günü işləyirdik, bazar günü isə sayt boş qalırdı. Həmin vaxtda çox adamda internet yox idi. Sonra bazar günü də işləməyə başladıq. Xaricdə bəzi yarışlar var ki, bizim vaxtla gecələr başlayır. Yəni, yatmayıb, gecənin yarısı da işləməlisən. Çətinliyimiz bu cəhətdən olub.

- Apasport-a işçi götürəndə hansı keyfiyyətlərə fikir verirsiniz?

- Bizim saytın işçilərini demək olar ki, hamı tanıyır. Yəni saytımızda jurnalistikada “bişmiş” uşaqlar çalışıb. İndiyə kimi mən işə kimisə götürəndə, bir- iki ay əvvəldən həmin şəxs barəsində təhlil aparmışam, necə biri olduğunu öyrənmişəm. Ümumiyyətlə, APA-nın yarandığı gündən işçilərin həm peşəkarlıq səviyyəsi, həm də insani keyfiyyətləri nəzərə alınır. Əgər insani keyfiyyətləri az olan biridirsə, onunla işləmək qeyri-mümkündür. 

- Həyata keçirmək istədiyiniz layihələr varmı? Və buna maddi durum nə dərəcədə imkan verir?

- Bir neçə il əvvəl Komanda.az saytının baş redaktoru Rəşad Ergün saytın ad günü ilə bağlı mənə yazmışdı. Və bildirmişdi ki, qəbul etsələr də, etməslər də, Apasport-az Azərbaycanda yaranan ən böyük idman saytlarından biridir. Hazırda üzərində çalışdığımız elə böyük bir layihəmiz yoxdur. Əsas işimiz gündəlik, operativ işləmək, xəbərləri tam dəqiq çatdırmaqdır. Bir xəbərə belə təkzib vermək, mənim üçün ölümə bərabərdir. Bir il əvvəl saytda çox ciddi səhvim getmişdi və qarşı tərəf demişdi ki, təkzib verməlisən. Mən də dedim ki, təkzib versəm, həmin gün ərizə yazıb işdən çıxmalıyam. Xəbər iki saat gec getsin, amma dəqiq olsun. Bu 10 ildə hələ ki, təkzib verməmişəm. Xəbərimizin düz çıxmadığı da olub bəzən. Ancaq kiməsə şər atmaq, böhtan atmaq bizə xas xüsusiyyət deyil.


- Yəqin ki, Apasport-un şinelindən çox jurnalist çıxıb...

- Apasport-a kimsə gəlib yetişib desəm, hörmətsizlik olar. Bizə gələn işçilərin çoxu “Futbol+” məktəbinin yetirmələri olub. Məsələn, Kənan Həsənov, Mehman Süleymanov “Futbol+”dan bizə gəliblər. Bu gün Apasport-da baş redaktor mənəm, amma məndə də savadlı insanlar çalışıbdı bizdə. Mediada elə imzalar var ki, mən onların yanında müsahibə verməyə özümü hazır hiss etmirəm.

- Apasport yaranandan indiyə idman jurnalistikasında nələr dəyişib?

- Dəyişən çox şey var. Həmin vaxt digər idman növlərindən yeni bir xəbər olarsa, birinci bizdə getməli idi.  Bu dəqiqə az qala hamının telefonunda internet var. Yəni, məlumat toplamaq üçün hər bir şey var. 2009-cu ildə Türkiyə millisi öz meydanında Ermənistanı qəbul edirdi və Azərbaycan bayraqları stadiona buraxılmamışdı. Həmin məsələ ilə bağlı UEFA-nın birinci vitse-prezidenti Şenes Erzikdən açıqlama almışdım. APA-nın ofisindən zəng vurub, danışdırmışdım. Bu gün hansısa jurnalist yerli futbolçunun nömrəsin tapa bilmirəm deyirsə, problem jurnalistdədir. İndi jurnalistikada çalışmaq daha asandır. Qəzetdə işlədiyim zaman gündəlik 8-9 min işarəlik xəbər hazırlamalıydım. İnternet yox, sosial şəbəkə yox. Biri var ki, bir səhifəlik yazını bir saata hazırlıyıb sayta verəsən, bir də var ki, bir gün içində o xəbər üzərində çalışıb qəzetə verəsən.

- İdman mediasının tənqidləri nəticəsində futbolda, ümumiyyətlə, idmanımızda hansı problemlər həllini tapıb?

- İndi xatırlamasam da, çox olub belə hallar. Bizdə tənqidi yazıları daha çox Şamo Quliyev və Aqşin Əliyev yazırdı. İstər futbolda, istərsə də digər idman növlərində tənqidlər öz bəhrəsini verib.

- İdman saytları arasındakı rəqabəti necə qiymətləndirirsiniz?

- Qəzet dövründəki səmimilik tam başqa idi. Ən böyük problem xəbər oğurluğudur. Elə şeylər var ki, məsələn, mən bilirəm bu xəbər mənimdi. İnsan insanın zəhmətin oğurlamaz. Hansısa xəbəri yazmaq üçün mən əziyyət çəkirəm və başqası da həmin xəbəri özəl xəbər kimi saytına qoyur. Belə şeylər adama çox təsir edir. Hamı öz işini görməlidir ki, hər şey qaydasında olsun.

- Sizcə, futbol klubları mətbuata peşəkar yanaşa bilirmi?

- İnsanlar fərqli olduğu üçün klublar da fərqlidir. Bu 10 ildə klublardan özümüzə qarşı ciddi bir hörmətsizlik görməmişəm. İlqar Quluzadə vardı o vaxt “Neftçi”də. Dmitri Kruqlovun “Neftçi”də oynadığı vaxtlar idi. Kruqlov Estoniya millisi ilə Ermənistanla oynamaq üçün İrəvana gedirdi. Biz də bununla bağlı xəbərə başlıq qoymuşduq ki, “Neftçi”nin futbolçusu İrəvanda”. İlqar Quluzadə mənə zəng edib, xəbəri çıxarmağımı istəmişdi. Təbii ki, xəbəri çıxarmadım. Belə xırda şeylər olub. Onu da qeyd edim ki, Apasport-un tanınmasında “Xəzər Lənkəran” azarkeşlərinin, oxucularının rolu böyük olub.

Məftun RƏSULZADƏ

1390 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
ARXİV                       
 
27.03.2017  14:45 "Bir xala çox ümid edirdik" - Cavid Hüseynov
27.03.2017  02:15 “Prosineçki uşaq səhvləri etdiyimizi dedi” - Rəşad Sadıqov
27.03.2017  01:23 “İkinci qolu heç nədən buraxdıq” - Qara Qarayev
19.03.2017  21:07 “Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq” – Ayxan Abbasov
15.03.2017  18:31 “Hələ ki, “Qarabağ”ın bəyəndiyi futbolçu yoxdur” – Əmrah Çəlikəl
10.03.2017  18:24 “Üçün vuracaqlar, beşin vuracaqlar” demək lazım deyil" - Qara Qarayev
07.03.2017  17:20 “Prosineçkinin qərarlarına səbrlə yanaşmalıyıq” – Samir Abasov
28.02.2017  16:32 “Burda ilk gündən çalışan yeganə işçiyəm" - AZAL-da yubiley
22.02.2017  16:35 “Hər dəfə məni görəndə soruşur ki, pul var?” – “Qarabağ”ın baş meneceri
22.02.2017  10:30 "Hakim səhvlərinə görə beş xaldan məhrum olmuşuq" - "Neftçi"nin direktoru
21.02.2017  13:28 “Qəzadan sonra gözümü açanda gördüm ki, başımın üstə Qurban Qurbanov durub”
19.02.2017  11:04 “Kəpəz” AFFA-ya saxta görüntülər vermişdi, “Neftçi”nin etdiyi isə təxribat idi”
15.02.2017  12:55 “Qəbələ”nin bizə atmaca atması yaxşı haldı” – PFL rəsmisi
13.02.2017  16:51 “Kəpəz” rəhbərliyi Şahin Diniyevin getməsini istəmir”
09.02.2017  14:54 “AFFA, “Neftçi” heç utanmır?!” - Boris Xetaqurov
03.02.2017  18:20 “Günahı özümüzdə görməliyik” – Ruslan Əmircanov
01.02.2017  13:47 “Bizdə başqa ölkələrdəki kimi “qara oyun”lar olmur” – Ramin Musayev
30.01.2017  13:51 "Gürcülərin "Qarabağ" və "Qəbələ" kimi klubları yoxdur" - Rasim Ramaldanov
30.01.2017  00:00 “Bu etimadı doğrultmağa çalışıram” - Dino Ndlovu
29.01.2017  11:19 Həbsdə yatdı, sonra çıxıb “Neftçi”nin kapitanı oldu!
 
 
 
  30.03.17
01:50
  “Millilərin yoldaşlıq oyunlarının qəti əleyhinəyəm”- Mourinyo
01:20
  "Qəbələ" "İnter"ə, "Qarabağ" "Neftçi"yə qarşı - Yenilənir
00:31
  "Tottenhem"in futbolçusu mövsümü başa vurdu
00:01
  "Sumqayıt" "Neftçi"yə qarşı itkilərlə hazırlaşır
  29.03.17
23:00
  "Azərbaycanın güclü olduğunu bilirdik"
22:39
  "Onlar ayaqlarını hiss etmirdilər" - millimizin baş məşqçisi
22:01
  Azərbaycan - Moldova - Şəkillər
21:00
  Ümid edirəm ki, "Bursaspor" formasını uzun illər geyinəcəm" - millimizin futbolçusu
20:49
  Millimizin daha bir futbolçusu "Bursaspor"da
20:04
  Futzal millimizdən darmadağın
19:32
  "Qərarımı verməmişəm" - Məsut Özil
18:57
  Millinin baş məşqçisi qovuldu
18:32
  "Yuventus"un hücumçusu üçün mövsüm bitdi
17:46
  "Bundan sonra xal itirə bilmərik" - "Kəpəz"in kapitanı
17:00
  Azərbaycan kubokunda hakim təyinatları
16:40
  "Beşiktaş"da ciddi itki
16:00
  "Azərbaycanlı futbolçular ilinə 600-700 min avro qazanırlar"
15:45
  “Barselona”dan Arda açıqlaması: zədəsi ciddidir
15:09
  İbrahimoviçlə danışıqlar başladı
13:55
  "Neftçi" - "Qarabağ" oyununa doğru - Video
13:48
  Etopaz-da 9 canlı oyun
13:14
  Hollandiya millisini çalışdırmaqdan imtina etdi
12:52
  Qətər dünya çempionatı ilə bağlı Azərbaycana müraciət edib
12:41
  "İnter" - "Qəbələ": kimlər oynamayacaq?
12:35
  Ronaldo TOP-10-da
12:22
  "Neftçi" - "Qarabağ": Almeyda oyunu buraxa bilər
11:59
  Videotəkrara baxıldı, Qrizmannın qolu ləğv edildi - Video
11:29
  "Ranyerini qəhvə içməyə dəvət edərdim" - Qriqorçuk
10:49
  İlk vəsiqənin sahibi müəyyənləşdi - DÇ-2018-də
10:30
  5-ci yarımfinal: 25-ci qələbə üçün
10:11
  Braziliyadan növbəti qələbə - Video
09:47
  "Almaniya ilə oyundan sonra telefonum dağılırdı" - Dmitri Nazarov
02:14
  Argentinanın məğlubiyyəti - Video
01:48
  Serb futbolçu “Qalatasaray”ın hədəfində
01:34
  Donarumma İtaliya millisinin tarixinə düşdü
01:11
  İspaniya Fransadan qələbə ilə qayıtdı - Video
00:58
  Portuqaliya İsveçə məğlub oldu - Video
00:44
  Hollandiya İtaliya ilə bacarmadı - Video
00:29
  Millimizin hər iki rəqibi uduzdu
00:14
  Rusiya millisindən əzmkar heç-heçə - Video
00:00
  “Qəbələ” və “Neftçi”nin futbolçuları darmadağına sevindilər
  28.03.17
23:06
  Şehiçlə Aqolli qarşılaşa bilmədi
22:20
  "Qəbələ"nin futbolçusu Xorvatiyaya qol vurdu - Video
21:40
  Yaponiyadan darmadağın - Video
20:58
  Millimiz 4 qolla uduzdu - Video
20:11
  "Barselona" Verattini istəyir
19:50
  Türkiyə millimizi darmadağın etdi
19:20
  FİFA-dan Messiyə ağır cəza
18:27
  “Qalatasaray”da ciddi itki
17:49
  AFFA-dan bilet qalmaqalı ilə bağlı bəyanat
17:30
  Millimizlə oyununun ən yaxşısı seçildi
17:11
  "Səbail"dən darmadağın - Video
16:45
  Millimizin oyunçusu "Fənərbaxça"da oynaya bilər
16:22
  Maşallah Əhmədovun apellyasiya məhkəməsi davam etdirilib
16:07
  "Real"dan ona 100 milyon funt
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore