“Bütün fikrimizi “Qarabağ”la oyuna yönəldəcəyik”

“Bütün fikrimizi “Qarabağ”la oyuna yönəldəcəyik”
GÜNDƏM 28 Fevral 2017 / 01:06 1772
-  A +

“Zirə” ilə matça qalibiyyət üçün çıxmışdıq. Qələbəyə inamımız çox idi”.

Bu sözləri Qol.az-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Rail Məlikov deyib.

Topaz Premyer Liqanın 20-ci turunda “Zirə”yə uduzduqları oyun (0:1) haqda danışan təcrübəli müdafiəçi məğlubiyyətin səbələrini açıqlayıb:

“Qol buraxdıqdan  sonra hesabı bərabərləşdirmək çətin oldu. Çünki rəqib bütün komanda ilə müdafiəyə çəkildi. Bu durumda rəqib qapısına yol tapmaq çətinləşdi. Oyunda səhvlərimiz çox idi. Bunun fərqindəyik. Daha çox çalışıb, bu səhvləri aradan qaldıracağıq. Növbəti turda bizi “Qarabağ”la  çətin matç gözləyir. Bütün fikrimizi o matça yönəldəcəyik və qələbə əzmi ilə matça çıxacağıq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın