“Məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır” – Elvin Məmmədov

“Məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır” –  Elvin Məmmədov
ÖLKƏ FUTBOLU 28 Fevral 2017 / 00:10 1916
-  A +

“Zirə”nin kapitanı Elvin Məmmədov Topaz Premyer Liqanın 20-ci turunda "Sumqayıt"la oyundan (1:0) sonra Qol.az-ın suallarını cavablandırıb.

- İlk olaraq oyun haqqında fikirlərini öyrənək.

- Bizim üçün önəmli oyun idi. “Sumqayıt” turnir cədvəlində 4-cü pillədə idi, aramızda iki xal fərq vardı. Avroliqaya vəsiqə qazanmaq üçün bu matçı qazanmaq vacib idi. Oyuna çox yaxşı hazırlaşmışdıq. “Qəbələ” və “İnter”lə heç-heçə etdik. Bu da bizim 4-cü pilləyə qalxmağımıza mane oldu. “Sumqayıt”la oyunda  qələbə qazanmalı idik. Bunu da bacardıq.

- İlk qolu vurduqdan sonra komanda daha bir neçə real qol vəziyyəti yaratdı, ancaq son nöqtəni qoyan olmadı...

- Artıq neçə matçdır ki, qol vurmaq üçün hər şeyi edirik, amma son anda nəsə çatışmır. Məşqlərdə bunun üzərinə çox çalışırıq. Əvvəlki oyunlara nisbətən, hücumda problemlərimiz yavaş-yavaş düzəlir. Daha çox çalışıb, bu problemləri aradan qaldırmağa çalışacağıq.

- Düşünürsən ki, mövsümün sonuna qədər turnir cədvəlində öz mövqeyinizi qoruya biləcəksiniz?

- Qarşıda hələ çətin matçlarımız var, güclü rəqiblərlə qarşılaşacağıq. Qış fasiləsindən sonra oyunlara daha ciddi hazırlaşmağa çalışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, ən azından 4-cü yerdə möhkəmlənib, Avroliqaya vəsiqə qazanaq.

- Vacib qələbədən sonra baş məşqçi sizə nələr dedi? Razı qaldı göstərdiyiniz oyundan?

- Oyunu hələ analiz etməmişik, o haqda danışmamışıq. Sadəcə, qələbəyə görə bizi təbrik etdi. Düzdür, oyunda səhvlərimiz də oldu, bəzi qol epizodlarından yararlana bilmədik. Amma bunu daha sonra danışacağıq.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər