"Samir Abasov yaxşı komanda formalaşdırıb"

"Samir Abasov yaxşı komanda formalaşdırıb"
XƏBƏR 27 Fevral 2017 / 20:32 1930
-  A +

"Dünən Xocalı faciəsinin 25 illiyi idi. Orda dünyasını dəyişən insanların yaxınlarına bir daha səbr diləyirəm. Bundan başqa, son vaxtlar cəbhə bölgəsində də gərginlik davam edir. Əsgərlərimizə güclü olmağı arzulayıram. Onların yanındayıq.  Oyuna gəldikdə isə “Sumqayıt” çempionatda ən yaxşı formada olan komandalardandır. Bu gün bunun bir daha şahidi olduq. Samir Abasov yaxşı komanda formalaşdırıb".

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 20-ci turunda "Sumqayıt"la oyundan (1:0) sonra deyib.

"Bu oyuna yaxşı hazırlaşmışdıq. "Sumqayıt" yaxşı komanda olsa da, boşluqları da var idi. Bu boşluqlardan istifadə etdik. Öz meydanımızda vacib qələbə qazandıq. İlk hissədə biz üstün olsaq da, ikinci hissədə rəqib daha fəal təsir bağışladı. Ancaq buna baxmayaraq, bu oyundan 3 xalla ayrılmağı bacardıq" - deyə o bildirib.
 
A.Abbasov Akim Latifu, Migel Lorenso və Amadu Sanqarenin adının oyunun iştirak ərizəsinə salınmamasının səbəbi barədə verilən sualı belə cavablandırıb: "Latifu və Lorenso “İnter”lə oyunda zədələnmişdilər. Sanqarenin isə ayağında ağrı olduğundan, risk etmək istəmədik. Ümumiyyətlə, yeni gələn futbolçular hələ komandaya tam uyğunlaşmayıb. Bu gün qışda bizə qoşulan oyunçulardan Qadzenin fərqlənməsi bizi sevindirdi. Vaxt keçdikcə komandaya daha da uyğunlaşacaqlar".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı