"Fasilədə buna görə üzr istədi" - "Sumqayıt"ın məşqçisi

 "Fasilədə buna görə üzr istədi" - "Sumqayıt"ın məşqçisi
ÖLKƏ FUTBOLU 27 Fevral 2017 / 20:20 2462
-  A +

"Zirə"ni təbrik edirəm. Gərgin oyun getdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə isə öz oyunumuzu oynadıq. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın  məşqçisi Vəfadar Quliyev Topaz Premyer Liqanın 20-ci turunda "Zirə" ilə oyundan (0:1) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- Bu gün Samir Abasovun texniki zonada olmaması nəticəyə nə dərəcədə təsir göstərdi?

- Əlbəttə, Samir müəllim olsa, daha yaxşı oyanayardıq. Ancaq düşünmürəm ki, baş məşqçinin olmaması çox ciddi təsir göstərib.
 
-  Oyunun əvvəlində Məhəmməd Qurbanov məşqçilər korpusuna kəskin etiraz etdi. Buna səbəb nə idi?

-  Bu, futbolda olur. Fasilədə buna görə üzr istədi.
 
-  Samir Abasov əvvəl cəzalı olduğu oyunda əvəzetmələri telefonla çatdırırdı. Bu dəfə necə idi?

-   Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın