"AZAL-a samuray yox, qladiator da gətirsən, çətin məsələdir" - Tərlan Əhmədov

"AZAL-a samuray yox, qladiator da gətirsən, çətin məsələdir" - Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 27 Fevral 2017 / 18:01 2591
-  A +

"Rəqibi təbrik edirəm. Birinci hissədən razı qalmadım. Amma son 20 dəqiqədə rəqibi təzyiq altında saxladıq".

Qol.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 20-ci turunda "Neftçi"yə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

- Heyf ki, erkən qol həlledici oldu. Yaxşı oynasaq da, son ötürmələr dəqiq olmur. Yeni gələn futbolçularla daha yaxşı çıxış etmək olar. Samir Məsimovun oyunundan razı qaldım. Mehdi Taouil də soyuqqanlı futbolçudur.
 
- Vaqif Cavadovdan razı qaldınız?

- Vaqif ideal formasından çox uzaqdır. O, 30-40 faiz hazırdır. Amma Cavadovun təcrübəsi bizə kömək olacaq.
 
- Döyüşmək deyirsiniz, AZAL-ın üzvləri samuraydı, yoxsa futbolçu?

- Oyunçulara dedim ki, artıq mənə futbol yox, 3 xal verin. Potensial cəhətdən ötən mövümlə müqayisədə daha yaxşı heyət var. Amma nəticə qazana bilmirik. Bunun da çox səbəbləri var. Çox şeyi açıqlamaq istəmirəm. Biz ilk turda zərbə aldıq. İndi futbolçular qorxa-qorxa oynayır. Hakimə nəsə deməyə çəkinirlər. Tounkaraya baxın. Zərbə alan futbolçu sonra qorxur. Biz büdcədə hamıdan geri qalırıq. Bura samuray yox, qladiator da gətirsəniz, çətin məsələdir.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı