Nazim Süleymanov Prosineçki ilə görüşdə - Şəkillər

Nazim Süleymanov Prosineçki ilə görüşdə -  Şəkillər
XƏBƏR 27 Fevral 2017 / 16:50 2190
-  A +

AFFA-nın yeni proritetlərinin müəyyənləşdirildiyi, UEFA ilə birgə hazırlanmış "Grow-2020” layihəsi çərçivəsində bıir sıra tədbirlər həyata keçirilir.
 
Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunlardan biri də Azərbaycan milli komandasına namizəd olan istedadlı futbolçuların çıxış etdikləri klublarda yüksək səviyyədə fərdi hazırlığını təmin etməkdir.
 
Bu proses Azərbaycan milli yığma komandalarında fəaliyyət göstərən məşqçilərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihə ilə bağlı məlumat vermək, qarşıda duran məqsəd və vəzifələr barədə ətraflı fikir mübadiləsi aparamaq məqsədilə bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippert müxtəlif yaş qruplarından ibarət yığmalarda çalışan məşqçilərlə görüş keçirib. Görüşə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Nazim Süleymanov da qatılıb.
 
Qeyd edək ki, "Grow-2020” layihəsi ötən ilin sentyabr ayından tətbiq olunmağa başlayıb və bununla bağlı ictimaiyyətə geniş təqdimat AFFA-nın martın 16-da keçiriləcək növbəti Konfransında olacaq.




















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər