“Volfsburq” baş məşqçisini qovdu

“Volfsburq” baş məşqçisini qovdu
XƏBƏR 27 Fevral 2017 / 12:12 1925
-  A +

Almaniyanın  "Volfsburq” klubu baş məşqçisi Valerien İsmael ilə yollarını ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın cari mövsüm uğursuz çıxışı klub rəhbərliyini bu addımı atmağa vadar edir.

41 yaşlı mütəxəssis ötən ilin noyabrından "Volfsburq"u çalışdırırdı. Komanda hazırda 22 xalla turnir cədvələinin 14-cü pilləsində qərarlaşıb.

Yeni baş məşqçinin adı bu gün açıqlanacağı gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın