Kamran və Eminin komandası uduzdu

Kamran və Eminin komandası uduzdu
XƏBƏR 27 Fevral 2017 / 02:09 4294
-  A +

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında 23-cü turun oyununa çıxıb.

Qol.az-ın xəbərinə görə, onlar öz meydanında “Portu”nu qəbul ediblər.

Həmyerlilərimizdən heç biri çətin görüşdə iştirak etməyib. Onların adları matçın protokoluna daxil edilməyib.
Görüş “Portu”nun 1:0 hesablı qələbəsi ilə tamamlanıb.

Qeyd edək ki, 22 turdan sonra “Boavişta” 29 xalla 9-cu yeri tutur.

Son xəbərlər