Eddinin oyuna qoşulması komandasına düşərli oldu

Eddinin oyuna qoşulması komandasına düşərli oldu
XƏBƏR 27 Fevral 2017 / 01:28 2669
-  A +

Milli komandamızın üzvü Eddi İsrafilovun formasını geydiyi “Kadis”in heyətində növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, İspaniya ikinci liqasının 27-ci turunda “Kadis” səfərdə “Numansiya”nın qonağı olub.

İsrafilov meydana 72-ci dəqiqədə daxil olub. Onun oyuna qoşulmasından sonra komandası daha 2 qol vurmaqla 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, hazırda 44 xalı olan Eddinin komandası turnir cədvəlində üçüncü yeri tutur.

Son xəbərlər