La Liqada hər mövsüm ən azı 20 qol vurur

La Liqada hər mövsüm ən azı 20 qol vurur
XƏBƏR 27 Fevral 2017 / 00:27 3312
-  A +

Lionel Messi “Atletiko” ilə oyunda vurduğu qolla “Barselona”ya qələbə qazandırıb - 2:1.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, argentinalı forvard cari mövsüm La Liqada vurduğu qolların sayını 20-yə çatdırıb. Ardıcıl 9-cu mövsümdür ki, Messi İspaniya çempionatında ən azı 20 qol vurur.

2008/09 mövsümündə təcrübəli forvard 23, 2009/10-da 34, 2010/11-də 31, 2011/12-də 50, 2012/13-də 46, 2013/14-də 28, 2014/15-də 43, ötən mövsümdə isə 26 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər