Madriddəki matçın qalibi - "Barselona"!

Madriddəki matçın qalibi - "Barselona"!
DÜNYA FUTBOLU 26 Fevral 2017 / 21:05 4650
-  A +

Bu gün La Liqada 24-cü turun oyunları davam etdirilib.

Qol.az-ın xəbərinə görə, turun mərkəzi görüşündə “Atletiko” “Barselona”nı qəbul edib. Matç 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Atletiko” – “Barselona” – 1:2
Qollar:
Rafinya, 64 (0:1), Dieqo Qodin, 70 (1:1), Messi, 87 (1:2)

Bu qələbə sayəsində 24 oyundan xalını 54-ə çatdıran “Barselona” liderliyə yüksəlib. İkinci pillədə qərarlaşan “Real”ın 52 xalı var. Amma madridlilər rəqibinə nisbətən 2 oyun az keçirib. “Sevilya” 24 oyundan 52 xalla 3-cü, “Atletiko” 24 oyundan 45 xalla 4-cü yeri tutur.

Qeyd edək ki, “Barsa”nın əsas rəqibi olan “Real”ın növbəti matçı bu gecə Bakı vaxtı ilə saat 23.45-də “Vilyarreal”a qarşı başlayacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı