“Fiorentina” azarkeşlərindən etiraz aksiyası

“Fiorentina” azarkeşlərindən etiraz aksiyası
XƏBƏR 26 Fevral 2017 / 15:15 2180
-  A +

Bu gün “Fiorentina”nın 300-dək azarkeşi klubun bazası qarşısında etiraz aksiyası keçirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, azarkeşlər baş məşqçi Paulo Souzanın fəaliyyətindən narazılıqlarını ifadə ediblər və onun ünvanına təhqiramiz şüarlar səsləndiriblər. Fanatların bu addımı atmasına Florensiya təmsilçisinin İtaliya kubokunda, eləcə də Avropa Liqasının 1/16 finalında Mühhenqladbax “Borussiya”sına uduzaraq mübarizəni erkən dayandırması səbəb olub. Bundan başqa, “Fiorentina” A seriyasında da uğursuz çıxış edir. Hazırda komanda 8-ci yeri tutur.

Fanatlar klub rəhbərliyi ilə ayaqüstü görüşərək onlardan Souzanın istefaya göndərilməsini, transfer pəncərələri zamanı lazımi vəsaitin ayrılmasını tələb ediblər.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı