Kamran və Eminin komandası derbiyə çıxır

Kamran və Eminin komandası derbiyə çıxır
XƏBƏR 26 Fevral 2017 / 14:32 3989
-  A +

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında 23-cü turun oyununa çıxacaq.

Qol.az-n xəbərinə görə, onlar öz meydanında “Portu”nu qəbul edəcəklər. Görüş Bakı vaxtı ilə saat 00.15-də başlanacaq.

Qeyd edək ki, E.Mahmudov zədəli olduğundan Portu derbisini buraxacaq. Kamran Ağayevin oynayıb-oynamayacağı isə hələlik bilinmir.

22 turdan sonra “Portu” 53 xalla 2-ci, “Boavişta” isə 29 xalla 8-ci yeri tutur.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord