“Di Mariya düşünür ki, PSJ ona hörmətsizlik edib”

“Di Mariya düşünür ki, PSJ ona hörmətsizlik edib”
DÜNYA FUTBOLU 26 Fevral 2017 / 14:13 4807
-  A +

Qış transfer pəncərəsində PSJ futbolçusu Anxel di Mariyanı Çin klublarından birinə satmaq istəyib.

Qol.az-ın xəbərinə görə, bu haqda Fransanın “L’Equipe” nəşri məlumat yayıb. Bildirilib ki, klubun idman direktoru Patrik Klüyvert və baş məşqçsi Unai Emeri 29 yaşlı argentinalının transferinə razılıq veriblər.

“PSJ di Mariyanın agentlərindən Çində klub axtarmağı xahiş ediblər. Amma futbolçu bundan imtina edib. Anxel düşünür ki, PSJ-nin bu addımı ona qarşı hörmətsizlikdir” – deyə mənbə bildirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord