Rəşad qayıdır

Rəşad qayıdır
XƏBƏR 26 Fevral 2017 / 13:21 2182
-  A +

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov bu gündən komandasının ümumi məşqlərinə qoşulacaq.

Qol.az-ın xəbərinə görə, bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rəşad həkimlərin nəzarəti altında çalışaraq, fiziki vəziyyətini yaxşılaşdırır: “Durumu yaxşılığa doğru gedir”.

Xatırladaq ki, R.Sadıqov Topaz Premyer Liqanın 15-ci turunun yanvarın 29-su “Neftçi”yə qarşı keçirilən oyununda zədə alıb və sonrakı 4 turun heç birində komandasına kömək edə bilməyib.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq