“Son matçlar bizim üçün heç də yaxşı olmadı və pis nəticələr əldə etdik. Zədə və ya cəzaya görə bəzi oyunçularımız oynamadı, bəzən bəxtimiz gətirmədi”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Serjinyo klubun saytına açıqlamasında deyib.
Portuqaliyalı yarımmüdafiəçi tezliklə uğursuzluqların arxada qalacağına inandığını bildirib: “Buraxılan qolların bir çoxunda günahkar özümüz olduq. Ən pisi isə qol vurmamağımızdır. Ancaq indi bunu unutmalıyıq və vəziyyəti tezliklə dəyişməyə çalışmalıyıq. Fikrimcə, Gəncədə keçirəcəyimiz 7 matçda durumu öz xeyrimizə dəyişə biləcəyik. Mən buna inanıram. Çünki evdə oynamağımız üstünlüyümüzdür. Odur ki, Gəncədəki matçlar bizim üçün daha çox önəmlidir”.
Əsas heyətin üzvü olsa da, son iki oyunda Kosta ehtiyat oyunçular skamyasında yer alaraq əvəzetmədən meydana daxil olub. Amma futbolçu buna görə narahat deyil: “Bu, baş məşqçinin seçimidir və buna hörmətlə yanaşmalıyam. Mən sakitəm və oynamağa şans veriləndə komandaya kömək etməyə çalışıram. İstər ilk “11-lik”də yer alım, istərsə də əvəzetmədən oyuna daxil olum. Ancaq bu normaldır ki, start heyətdə yer almaq istəyirəm və bunun üçün çalışacağam”.
Asiya Çempionlar Liqasının oyunu təxirə salındı
"Cəbrayıl" 3 qolla qalib gəldi - Video
"Millidə görüləsi işlər çoxdur" - Vitali Borisov
Azərbaycan futzal millisi Gürcüstana yenə uduzdu
Cavid İmamverdiyev poker etdi - Video
"Cəbrayıl" və "Kür-Araz"dan səfər qələbəsi
"Real"a çox hörmət edirik, amma qorxmuruq" - Qvardiola
Nabi Keyta əsas komandadan uzaqlaşdırıldı
"Şəki Siti" "Göygöl"ə qalib gəldi - Video
"Yuventus" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
Rüfət Dadaşov üçün mövsüm başa çatdı
Məhkəmə "Barselona"ya qadağa qoydu
ÇL-də sabahkı oyunlara hakim təyinatları
Misli Premyer Liqasında 2 turun oyunlarının vaxtı bilindi
Laporta azarkeşlərə müraciət etdi
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib
Avro-2024-ü buraxacaq
Dünya çempionu vəfat etdi
Azərbaycanın minifutbol millisinin heyəti açıqlandı