Benzema yenidən milliyə çağırılır

Benzema yenidən milliyə çağırılır
DÜNYA FUTBOLU 25 Fevral 2017 / 11:01 3251
-  A +

"Real"ın futbolçusu Kərim Benzema yenidən Fransa millisinə çağırıla bilər.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret məlumat verib: "Benzema yaxşı oynamağa davam etsə,  milliyə dəvət olunacaq. Ona hörmət edirəm. Benzema yaxşı futbolçudur. O, "Real"da müvəffəqiyyətlə oynayır. Çempionlar Liqasının ən yaxşı fransız bombardiri oldu".

Qeyd edək ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı