"Yuventus"da 4 illik müqavilə

"Yuventus"da 4 illik müqavilə
XƏBƏR 25 Fevral 2017 / 10:11 2221
-  A +

"Yuventus" futbolçusu Paulo Dibala ilə müqaviləni yeniləməyə hazırlaşır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin təmsilçisi 23 yaşlı hücumçunun agenti ilə danışıqlara başlayıb.

Onunla 4 illik yeni müqavilə imzalanacaq. İtaliyalı futbolçu yeni müqavilə ilə ilinə 7 milyon avro qazanacaq.

Xatırladaq ki, P.Dibala bundan əvvəl "Yuventus"la müqavilənin müddətini uzadacağını açıqlamışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord