"Qəbələ": 4 oyundan 4 qələbə

"Qəbələ": 4 oyundan 4 qələbə
XƏBƏR 25 Fevral 2017 / 00:20 2184
-  A +

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandalar AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda aktivinə qələbə əlavə edib.

U-19 öz meydanında “Vətən”lə qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb. 21 oyunda 47 xal toplayan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.

Bakcell U-17 Liqasında çıxış edən “Qəbələ” “Sumqayıt”la üz-üzə gəlib və 3:1 hesablı qələbə ilə 3 xal qazanıb. 17 qarşılaşmadan sonra hesabında 44 xalı olan komanda turnir cədvəlinin lideridir.

U-16 səfərdə “Kəpəz”lə üz-üzə gəlib. “Qəbələ” bu görüşdə 6 cavabsız qolla böyükhesablı qələbə əldə edib. 16 matçdan sonra 34 xala malik komanda 2-ci yerdədir. “Zirə” ilə matçı təxirə salınan U-15 isə 14 oyundan sonra 40 xalla yarışın vahid lideridir.

Qızlardan ibarət komanda isə yüksək liqada “Sumqayıt”a qalib gəlib – 4:3. 9 oyunda 22 xal yığan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"