"Ümidlərim öldü" - Ranyeri

"Ümidlərim öldü" - Ranyeri
XƏBƏR 24 Fevral 2017 / 23:09 4815
-  A +

“Lester”in sabiq baş məşqçisi Kaludio Ranyeri istefaya göndərilməsindən sonra ilk açıqlamasını verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bu qərardan məyusluğunu ifadə edib:

"Dünən ümidlərim öldü. Ötən il möhtəşəm çempionluqdan sonra həmişəlik çox sevdiyim “Lester”də uzun illər qalmaq istəyirdim. Ancaq bu, olmadı.Xanımım Rozannaya və bütün ailəmə mənə verdikləri möhtəşəm dəstəyə görə, minnətdaram. Ən çox azarkeşlərə təşəkkür edirəm. Bu, heç vaxt unutmayacağım bir möcüzə və xoşbəxtlik idi. Kluba, futbolçulara təşəkkür edirəm. Uğurlarımda sizlərin əməyiniz oldu. Ancaq ən çox azarkeşlər... Məni çox sevdiniz. Mən də sizi çox sevdim. Burada keçirdiyim ili heç vaxt unutmayacağam".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi