“Maddi məsələyə görə bu addımı atdı” - “Qarabağ”lı futbolçunun atası

“Maddi məsələyə görə bu addımı atdı” - “Qarabağ”lı futbolçunun atası
ÖLKƏ FUTBOLU 24 Fevral 2017 / 12:58 7317
-  A +

“Qarabağ”ın futbolçusu Miçel Markos Maderanın atası Mişel Markos oğlunun yetirməsi olduğu İspaniyanın “Sportinq” klubunu tərk etməsinin səbəbləri barədə açıqlama verib.

Qol.az-ın xəbərinə görə, “Marca Asturias” radiosuna müsahibəsində o bidirib ki, Miçel heç vaxt bu komandadan getmək istəməyib.

İspaniyada 3-cü liqa klubu “Lenense”nin prezidenti olan Mişel Markos deyib:  “O, məcburiyyət qarşısında bu addımı atdı. Son ana qədər gözlədi ki, vəziyyət düzələr. Amma maddi məsələlərə görə, Miçel “Sportinq”i tərk etməli oldu”.

Xatırladaq ki, M.Madera 2005-2010-cu illərdə “Sportinq”də oynayıb. Sonra o, “Birmingem” (İngiltərə), AEK (Yunanıstan), “Hetafe” (İspaniya), “Qarabağ”a gələnə qədər isə İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edib.

Daha çox


Son xəbərlər