“Heç kim sən yazdığın tarixi silə bilməz” - Mourinyodan Ranyeriyə dəstək

“Heç kim sən yazdığın tarixi silə bilməz” -  Mourinyodan Ranyeriyə dəstək
XƏBƏR 24 Fevral 2017 / 12:07 4920
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo "Lester"dən qovulan həmkarı Klaudio Ranyeriyə dəstək olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis sosial şəbəkədə paylaşdığı statusda Ranyeri haqda xoş sözlər deyib, ona karyerasında uğurlar arzulayıb: “İngiltərə çempionu və dünyada ilin ən yaxşı məşqçisi seçilmiş şəxs qovulub. Müasir futbol belədi, Klaudio. Gülməyə davam et, dostum. Heç kim sənin yazdığın tarixi silə bilməz”.
 
Qeyd edək ki, "Lester"  Ranyerinin rəhbərliyi altında  ötən mövsüm tarixində ilk dəfə olaraq İngiltərə çempionluğunu qazanıb. Hazırda isə komanda 17-ci pillədə qərarlaşıb.

Son xəbərlər