"Fənərbaxça"da şok itki: 6 həftə oynamayacaq

"Fənərbaxça"da şok itki: 6 həftə oynamayacaq
XƏBƏR 23 Fevral 2017 / 16:45 2654
-  A +

Avropa Liqasının 1/16 final mərhələsinin "Krasnodar"la  cavab oyununda zədələnən "Fənərbaxça"nın qapıçısı  Volkan Dəmirəlin durumu ciddidir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu gün tibbi müayinədən keçən 35 yaşlı qapıçının ayaq əzələsində yırtıq aşkarlanıb. Onun  6 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

"Qaziantepspor", "Osmanlıspor", "Alanyaspor", "Konyaspor", "Karabükspor" ve "Akhisar"la oyunları buraxacaq V.Dəmirəlin 18-ci turda "Qalatasaray"la matça hazır olub-olmayacağı qarşıdakı həftələrdə bəlli olacaq.

Son xəbərlər