“Dalğa Arena”, “Bayıl Arena”, “Bakcell Arena”, Olimpiya stadionu. Bu dörd stadionun hər birini AFFA Azərbaycan dövlətinin vəsaiti hesabına inşa etdirib, hər birinə də özünün istədiyi adı verib. Əslində arenaların adlarında qeyri-adi nəsə yoxdu.
Amma. Həm də var...
Bakı Olimpiya stadionuna qədər ən böyük idman arenamız Tofiq Bəhramovun adına daşıyan stadion idi. Zamanında, 1993-94-cü illərdə yaxşı ki, kiminsə ağlına ideya gəlib ki, bu arenaya unudulmaz hakimimizin adını versin.
Amma Azərbaycan futbolunu xaricdə, keçmiş SSRİ miqyasında ən azı Tofiq Bəhramov qədər uğurla və ləyaqətlə təmsil edən başqa bir futbol adamımız daha var – böyük Anatoli Banişevski... Bu gün 71 yaşı tamam olur onun. Haqqında hamımız xüsusilə ad günlərində hər zaman artıq şablon olan sözlər deyirik: dahi futbolçumuz, əfsanəmiz və sair və ilaxır... Amma dərinə gedəndə, bəlkə də Banişevskinin ruhu rahat deyil bu gün... Səbəb?
Bu stadiona baxın... Masallı şəhər stadionudu. Banişevskinin adını daşıyır.
Qoyun otlayır orda. Bu, gerçəkdə Banişevskiyə Azərbaycan futbol sisteminin nə qədər laqeyd olduğunun göstəricisidi.
Yəni o stadion az qala olub ferma...
Bu da başqa bir şəkil... Baxımsızlıqdan hansı biabırçı vəziyyətə düşdüyü haqda çox danışmağa yəqin ki, ehtiyac yoxdu.
Bakıdakı gül kimi stadionlar isə... Qayıdaq əvvələ, AFFA-nın tabeçiliyində olan arenalara.
Niyə məsələn, həmin stadionlardan birini Banişevskinin adına vermirik? Olsun Banişevski adına Bakı Olimpiya Stadionu və ya Banişevski adına Bayıl Stadionu, yaxud Mərdəkan Stadionu.
Futbol boslarımız üçün su içmək qədər asan bir işdi bu... Necə ki, 5-10 (min, yüz min...) manata görə 8-ci kilometr qəsəbəsi stadionunu “Bakcell Arena” adlandırılıb, o zaman adı faktiki olaraq boş olan digər arenalarımızdan birinə böyük futbolçumuzun adı niyə verilməsin?
Ümid edək ki, AFFA Azərbaycan futbolunun tarixinə, Banişevskinin timsalında onun dəyərlərindən birinə öz əməli işi ilə sahib çıxacaq və stadionlarından birinə ölməz futbolçumuzun adını verəcək.
Aydın BAĞIROV
[email protected]
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...