Dəniz Yılmaz bağışlandı

Dəniz Yılmaz bağışlandı
GÜNDƏM 23 Fevral 2017 / 13:40 2947
-  A +

"Bursaspor"un əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz bağışlanıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Türkiyə mətbuatına komandanın baş məşqçisi Mutlu Topçu açıqlama verib.

O, superliqanın 21-ci turunda "Kayserispor"la oyundan sonra cəzalandırılan Dəniz Yılmaz və Sərcan Yıldırımın komandaya cəlb olduğunu bildirib:

"Bu futbolçuların komandadan uzaqlaşdırılmasına mən və rəhbərlik qərar vermişdik. Ağıllanmaları üçün bu addımı atmışdıq. Növbəti oyunlara ciddi hazırlaşmalarını istəyirdik. Qarşıdan gələn oyunlarda hər iki futbolçunu meydanda görə bilərsiniz".

Qeyd edək ki, Türkiyə superliqasının 21-ci turunda  “Kayserispor”la keçirilən oyunda (0:2) rəqibə qarşı kobud oynayan D.Yılmaz birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Həmin qarşılaşmadan sonra millimizin üzvü "Bursaspor"un əsas komandasından qovulmuşdu.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı