Təxirə salınmış oyun: “Real” uduzdu

Təxirə salınmış oyun:  “Real” uduzdu
XƏBƏR 23 Fevral 2017 / 00:00 3540
-  A +

İspaniya La Liqasında 16-cı turdan təxirə salınmış 1 oyun keçirilib.

Qol.az xəbər verir ki, səfərdə “Valensiya”nın qonağı olan “Real” meydanı məğlub tərk edib.

İspaniya La Liqası

XVI tur

21 fevral

“Valensiya” - “Real” 2:1
Qollar:
Zaza, 4 (1:0), Orellana, 9 (2:0), Ronaldo, 44

Qeyd edək ki, yenilgiyə baxmayaraq, “Real” 22 oyundan sonra 52 xalla liderdir. “Kral klubu” 1 oyun az keçirdiyi ən yaxın izləyicisi “Barselona”nı 1 xal qabaqlayır.

“Valensiya” isə xallarının sayını 26-ya çatdırmaqla 14-cü pilləyə yüksəlib.


Son xəbərlər