“Mənim Prosineçkiyə daha sözüm yoxdu” – Nizami Hacıyev

“Mənim Prosineçkiyə daha sözüm yoxdu” –  Nizami Hacıyev
ÖLKƏ FUTBOLU 22 Fevral 2017 / 15:55 5741
-  A +

Bakı “İnter”inin kapitanı Nizami Hacıyev milli komandamızın baş məşqçisi Robert Prosineçkinin ona növbəti toplanışda dəvət göndərməyəcəyi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.

O, Qol.az-a açıqlamasında məsələyə qısa şərh verib:

“Deyir fəlsəfəmə uyğun gəlmir. Gəlmir gəlməsin də. Mənim ona deməyə daha sözüm yoxdu.  Uzaq səfərdən gəlmişəm, çox yorğunam. İndi nə desəm, effektli olmayacaq. Bu barədə sonra ətraflı danışarıq”.

Qeyd edək ki, Prosineçki N.Hacıyevin onun futbol fələsəfəsinə uyöun gəlmədiyini bildirib.

Daha çox


Son xəbərlər