Milli komandamız 2018-ci il dünya çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununa 2 yeni futbolçu dəvət ediləcək.
Qol.az-ın xəbərinə görə, bunu “CBC Sport”a millimizin baş məşqçisi Robert Prosineçki CBC Sport-a açıqlamasında milliyə 2 yeni futbolçunun çağırılacağını deyib: "Qətərlə oyun üçün təxminən 25 futbolçuya dəvət göndərmək niyyətindəyəm. Onlar yalnız ölkə çempionatında oynayanlar olacaq. Yoldaşlıq görüşü olduğundan, legionerləri çağırmayacağam, həm də çıxış etdiyi klublar onları çətin buraxsın. Məsələn, Ramil Şeydayevə dəvət göndərsəm, o, yeni klubunda 4 gün məşq prosesini buraxacaq və heyətə düşmə şansları azalacaq. Bu sözlər Dəniz Yılmaz, Eddi İsrafilov, Dmitri Nazarova da aiddir. Amma dəvət göndərəcəklərim arasında 2 yeni futbolçu olacaq. Hansı ki, onları heç vaxt millidə görməmisiniz”.
Nizami Hacıyev, Cavid Hüseynov, Amit Quluzadənin yığmaya çağrılıb-çağrılmayacağı müzakirə olunur. Bu haqda xorvatiyalı mütəxəssisin fikri belə olub: "Uzun müddət idi ki, Cavid Hüseynov milliyə çağrılmırdı. Amma mən gələndən sonra onun yenidən yığmada oynamaq şansı yarandı. Hazırda Cavidi izləyirəm. Qətərə aparacağım isə hələ sual altındadır. İndi Yunanıstan çempionatında çıxış edən Amit Quluzadəni hələ “Sumqayıt”da oynayanda izləyirdim. Amma onun oyun təcrübəsi azdır. Rauf Əliyevin zədəsi təzə sağaldığından, dəqiq fikir söyləyə bilmərəm. O ki qaldı Nizami Hacıyevə, yaxşı futbolçu olsa da, mənim futbol fəlsəfəmə uyğun deyil”.
Milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Boavişta”da əsas heyətə düşə bilməməsi ciddi müzakirə mövzusudur. Bu məsələdə Robert Prosineçki nə düşünür?
"Kamran Ağayev Azərbaycanın ən güclü qapıçısıdır - bir nömrədir. Oyun təcrübəsi əlbəttə ki, məni qane etmir. Özü də bu yalnız Kamrana aid deyil, legionerlərimiz axır vaxtlar az oynayırlar. Bu isə milli üçün böyük problemdir. “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevə gəldikdə, çox təcrübəlidir. Amma mən gənc qapıçıya üstünlük verəcəyəm. Çünki mən 2018-ci ilin dünya və 2020-ci il Avropa çempionatlarını, yəni millinin gələcəyini düşünürəm”.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi