Runi Çindən gələn təklifi rədd etdi

Runi Çindən gələn təklifi rədd etdi
XƏBƏR 22 Fevral 2017 / 15:28 1560
-  A +

“Mançester Yunayted”in futbolçusu Ueyn Runi Çin klublarının birindən aldığı cəlbedici təklifi rədd edib.

Qol.az-ın “Sky Sport”a istinadən yaydığı xəbərə görə, İngiltərə millisinin üzvü ona ilinə 32 milyon funt sterlinq təklif edən kluba keçməkdən imtina edib. Daha əvvəl isə Runinin Çinə gedəcəyi haqda xəbərlər yayılmışdı.

Bildirilir ki, 31 yaşlı hücumçu Çinin “Quançjou Everqrand” və “Beyçzin Qoan” klubları ilə danışıq aparıb.
Qeyd edək ki, Çində transfer pəncərəsi fevralın 28-də açılacaq.

Runinin “Mançester Yunayted”lə 2018-ci ilin yayına qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq