Millimizin hücumçusunu sərt cəza gözləyir

Millimizin hücumçusunu sərt cəza gözləyir
GÜNDƏM 22 Fevral 2017 / 14:13 2916
-  A +

Milli komandamızın və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmazı ciddi cəza gözləyir.

Qol.az-ın xəbərinə görə, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, Superliqanın 21-ci turunda "Kayserispor"la oyunun 19-cu dəqiqəsində rəqibə qarşı bilərəkdən kobudluq etdiyi üçün qırmızı vərəqə ilə  meydandan qovulan hücumçu ciddi cəzalandırılacaq.

Qeyd edək ki, Dəniz Yılmaz "Kayserispor"la oyundakı davranışına görə "Bursaspor"un əsəs komandasından kənarlaşdırılıb.

Dəniz Yılmazın kobud oynadığı epizod

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı