“Avropa karyeramı “Qalatasaray”da bitirmək istəyirəm” – Muslera

“Avropa karyeramı “Qalatasaray”da bitirmək istəyirəm” –  Muslera
XƏBƏR 22 Fevral 2017 / 12:55 1918
-  A +

“Qalatasaray”ın qapıçısı Fernando Muslera komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, uruqvaylı qolkiper haqqında yayılan iddiaları təkzib edərək “Qalatasaray”da özünü xoşbəxt hiss etdiyini deyib:

“Qalatasaray” mənim evimdir, ailəmdir. Hər fürsətdə bunu deyirəm. Bu komanda mənim həyatımın önəmli bir hissəsidir. Avropa karyeramı “Qalatasaray”da bitirmək istəyirəm. Daha sonra isə vətənimə qayıdacam”.

Qeyd edək ki, Musleranın “Qalatasaray”la 1 illik müqaviləsi var.

Son xəbərlər