“Qəbələ”də 4 itki

“Qəbələ”də 4 itki
XƏBƏR 22 Fevral 2017 / 11:37 2220
-  A +

Topaz Premyer Liqasının 20-ci turunda “Kəpəz”in qonağı olacaq “Qəbələ” oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın xəbərinə görə, bir müddətdir zədəli olan müdafiəçilər Rafael Santos və Vitali Vernidub hələ sıraya dönməyib. Gənc yarımmüdafiəçi Elvin Camalov da zədə səbəbindən bu görüşü buraxacaq.

Bir müddət öncə əmiliyyat olunan Asif Məmmədov isə məşqlərə başlasa da səfər qarşılaşmasında meydana çıxmayacaq.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu fevralın 28-də keçiriləcək..

Son xəbərlər