"Fənərbaxça" mübarizəni dayandırdı, "Mançester Yunayted" 1/8 finalda

"Fənərbaxça" mübarizəni dayandırdı, "Mançester Yunayted" 1/8 finalda
DÜNYA FUTBOLU 22 Fevral 2017 / 22:52 10118
-  A +

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, qarşılaşmalar 2 günü əhatə edir. İlk oyun günündə 3 görüş keçirilib.
 
Türkiyənin “Fənərbaxça” klubu öz meydanında “Krasnodar”ı qəbul edib. Səfərdə Rusiya klubuna 0:1 hesabı ilə uduzan İstanbul təmsilçisi cavab qarşılaşmasında 1:1 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.

Qrup mərhələsində “Qarabağ”la mübarizə aparan PAOK səfərdə “Şalke” ilə qarşılaşıb və  bərabərə qalıb - 1:1 . İlk oyunda öz meydanında almanlara 3 cavabsız qolla uduzan Yunanıstan klubu mərhələ  adlaya bilməyib.

Digər oyunda isə “Mançester Yunayted” “Sent-Etyen”in qonağı olub. İlk matçda qalib gələn (3:0) "MY" cavab görüşündə də 1: hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, mərhələnin digər oyunları sabah keçiriləcək.



22 fevral

Avropa Liqası

1/16 final mərhləsi, cavab oyunları
 
21:00. “Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya) - 1:1
Qollar:
Smolov, 7 (0:1), Souza, 41 (1:1)
İlk oyun – 0:1 - 
 
21:00. “Şalke” (Almaniya) – PAOK (Yunanıstan) - 1:1
Qollar:
Şeps, 23 (1:0), Nastasiç, 25 - avtoqol (1:1)
İlk oyun – 3:0
 
21:00. “Sent-Etyen” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol:
Mxitaryan, 17
Qırmızı vərəqə:
Bailli, 63 ("Mançester Yunayted")
İlk oyun – 0:3


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın