"Fənərbaxça" və "Beşiktaş"ın oyununa hakim təyinatı açıqlandı

"Fənərbaxça" və "Beşiktaş"ın oyununa hakim təyinatı açıqlandı
XƏBƏR 21 Fevral 2017 / 20:48 2516
-  A +

"Fənərbaxça" və "Beşiktaş"ın Avropa Liqasının 1/16 finalındakı cavab oyunlarına hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Fənərbaxça" - "Krasnodar" görüşünü Polşa Futbol Federasiyasından Pavel Raskovski idarə edəcək. Ona Mişel Obukoviç və Tomas Listkieviç köməklik edəcək. Dördüncü hakim funksiyasını Radoslav Syeka yerinə yetirəcək.

"Beşiktaş" - "Hapoel" matçı isə Matey Yugun başçılıq etdiyi sloveniyalı hakimlər briqadasına həvalə edilib. Ona Manuel Vidali və Matey Zuniç köməklik edəcək. Tomislav Pospeh dördüncü hakim olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma fevralın 23-ü keçiriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi