"Barselona" dünyanın ən yaxşı klubudur" - Qvardiola

"Barselona" dünyanın ən yaxşı klubudur" - Qvardiola
DÜNYA FUTBOLU 21 Fevral 2017 / 12:05 3519
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sabiq klubu "Barselona"nın  Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, Kataloniya klubu son oyunda PSJ-yə 0:4 hesabı ilə məğlub olmasına baxmayaraq, hələ də dünyanın ən yaxşı klubudur: "Messi bu səviyyədə oynamağa davam edəcəyi müddətdə heç bir klub "Barselona"ya rəqib ola bilməz. Ancaq bu, Çempionlar Liqasıdır. 90 dəqiqə ərzində hər şey ola bilər. "Barselona"nın da başına gələn budur".


Son xəbərlər