"Mançester Siti" və "Atletiko" qalib gəldi

"Mançester Siti" və "Atletiko" qalib gəldi
GÜNDƏM 22 Fevral 2017 / 01:37 11535
-  A +

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün qitənin mötəbər klub turnirində daha 2 matç keçirilib.

“Bayer” Leverkuzende “Atletiko”nu sınağa çəkib və 2:4 hesabı ilə uduzub.

Günün digər matçı isə Mançesterdə oynanılıb. “Mançester Siti” “Monako” ilə üz-üzə gəlib.  Gərgin mübarizə şəraitində keçirilən görüşdə "Mançester Siti" 5:3 hesabı ilə qali gəlib..

Çempionlar Liqası

1/8 final mərhələsinin ilk oyunu

21 fevral

23:45. “Bayer” (Leverkuzen, Almaniya) - “Atletiko” (İspaniya) - 2:4
Qollar:
Saul Niqes, 17 (0:1), Qrizmann, 25 (0:2), Bellarabi, 48 (1:2), Qameyro, 59-pen (1:3), Hernandes, 68 (2:3), Torres 86 (2:4)

23:45. “Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa) - 5:3
Qollar:
Sterlinq, 26 (1:0), Falkao, 32 (1:1) Mbappe,  41 (1:2), Aquero, 58 (2:2), Falkao, 61 (2:3), Aquero, 71 (3:3), Con Stounz, 77 (4:3), Sane, 82 (5:3)

22 fevral

“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya)

“Sevilya” (İspaniya) - “Lester” (İngiltərə)

14 fevral

“Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 1:0

PSJ (Fransa) - “Barselona” (İspaniya) - 4:0

15 fevral

“Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) - 5:1

“Real” (İspaniya) - “Napoli” (İtaliya) - 3:1

Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsinin cavab oyunları 7, 8, 14 və 15 mart tarixlərində keçiriləcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki