"Totti istəsə, yeni müqavilə imzalayacaq" - Spaletti

"Totti istəsə, yeni müqavilə imzalayacaq" -  Spaletti
XƏBƏR 20 Fevral 2017 / 18:48 2251
-  A +

“Roma”nın baş məşqçisi Luçana Spaletti komandanın əfsanəvi kapitanı Françesko Totti ilə yeni müqavilə imzalanacağının mümkünlüyünü bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi deyib ki, yeni müqavilənin imzalanması Tottinin istəyindən asılıdır:

“Əgər Totti növbəti mövsüm də “Roma”da oynamaq istəsə, yeni müqaviləyə qol çəkəcək. Əslində Françesko ilə müqavilə imzalamağa ehtiyac yoxdur. Onun Roma ilə sevgi müqaviləsi var”.

Qeyd edək ki, 4o yaşlı Totti 1993-cü ildən “Roma”da çıxış edir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı