Azərbaycanlı futbolçu rəsmən “Anji”də

Azərbaycanlı futbolçu rəsmən “Anji”də
GÜNDƏM 20 Fevral 2017 / 17:00 4497
-  A +

Moskva “Spartak”ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev karyerasını “Anji”də davam etdirəcək.

Qol.az-ın Mahaçqala klubunun saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı yarımmüdafiəçi 2016/17 mövsümünün sonuna qədər icarə qaydasında bu komandada oynayacaq.

Qedy edək ki, A.Quliyev Moskva “Spartak”ının gənclər, eləcə də 2-ci komandasında oynayıb. O, Rusiya U-19 millisinin tərkibində Avropa çempionatının vitse-çempionu adını qazanıb.

Daha çox


Son xəbərlər