"Beşiktaş"da ciddi itki

"Beşiktaş"da ciddi itki
XƏBƏR 20 Fevral 2017 / 16:20 2177
-  A +

Avropa Liqasının 1/16 final mərhələsində İsrailin "Hapoel" klubunu qəbul edəcək "Beşiktaş" oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul klubunun aparıcı futbolçu Rikardo Kuarejma zədə səbəbindən bu görüşü buraxacaq.

Superliqanın XXI turunda "Akhisar"la oyunda zədələnən portuqaliyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu məlum olub.

Qeyd edək ki, “Beşiktaş” – “Hapoel” oyunu fevralın 23-də keçiriləcək.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı