Serbiyada irqçiliyə görə kütləvi dava – Video

Serbiyada irqçiliyə görə kütləvi dava – Video
DÜNYA FUTBOLU 20 Fevral 2017 / 15:24 2868
-  A +

Dünən Serbiya çempionatında “Rada” - “Partizan” oyunu bitən kimi futbolçular arasında kütləvi dava düşüb.

Qol.az-ın “Partizan”ın rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna qonaq komandanın braziliyalı futbolçusu Everton Luisin irqçiliklə üzləşməsi səbəb olub. Matçın gedişatı zamanı yerli azarkeşlər dəfələrlə Luisi iqrçilik zəminində təhqir edib, tribunada isə onun ünvanına alçaldıcı banner açılıb.
 
Final fiti səslənəndən sonra Luis “Rada”lı azarkeşlərin hərəkətinə cavab olaraq onlara qeyri-etik jest göstərib. Bu isə futbolçular arasında kütləvi davanın baş verməsi ilə nəticələnib. Lakin məşqçilərin, polisin və klub nümayəndələrinin müdaxiləsi ilə hadisənin böyüməsinin qarşısı alınıb.  Everton Luis isə azarkeşlərin bu davranışı səbəbindən meydanı ağlayaraq tərk edib.



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı