“Məğlubiyyət bizi sındırmadı” – Maksim Medvedev

“Məğlubiyyət bizi sındırmadı” – Maksim Medvedev
ÖLKƏ FUTBOLU 20 Fevral 2017 / 10:11 2768
-  A +

“Qarabağ”ın futbolçusu Maksim Medvedev Topaz Premyer Liqanın 19-cu "Qəbələ"yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Oyun haqqında nə deyə bilərsən?

- Hava şəraitinə baxmayaraq, maraqlı matç oldu. Hər iki komanda da vacib oyun olduğunu bilirdi, vuruşurdu. Azarkeşlərin dəstəyi də gözəl idi. Bu, futboldur, məğlubiyyətin olmağı da normaldır. Bəzən nə qədər hazırlaşsan da, bəzi məqamlar yaddan çıxır. Məğlubiyyət bizi sındırmadı. Qarşıda hələ matçlarımız var. Belə situasiyalara rast gəlmişik, çıxış yolunu da bilirik. Əgər çempion olmaq istəyiriksə, növbəti oyunların hər birində qələbə qazanmalıyıq. Yəni, başqa yolumuz da yoxdur.

- “Qəbələ”nin qalib gəlməsi çempionatda prinsipiallığı nə qədər artırır?

- Bu matça qədər də prinsipiallıq vardı. Ötən mövsüm də belə idi. Qarşıda “Qəbələ” ilə ev oyunumuz var. Çalışacağıq ki, həmin görüşdə imkanlarımızdan istifadə edək, qələbə qazanaq.

-Düşünürsən ki, oyunu yüksək səviyyədə oynasaz da, sonda nəsə çatmırdı?

- Mən müdafiədə olduğum üçün bütün oyunu görürdüm. Hiss olunurdu ki, topa biz nəzarət edirdik, bir nömrə kimi biz oynayırdıq. Hər şeyi etdik, amma rəqib qapısından topu keçirə bilmədik. Bu qarşılaşmada son zərbələri vuran çatışmadı.

- Hava şəraiti oyununuza nə qədər təsir etdi?

- Baxmayaraq ki, hava soyuq idi, amma küləkli deyildi. Oyuna isindikdən sonra soyuğu hiss eləmədik, super matç keçdi. Azarkeşlər də sona qədər komandalarını dəstəklədilər. Hər oyun belə ab-havada olsa, bizim üçün böyük bir motivasiya olar.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər