Bundesliqada 21-ci tura yekun vuruldu

Bundesliqada 21-ci tura yekun vuruldu
XƏBƏR 20 Fevral 2017 / 00:45 1841
-  A +

Almaniya Bundesliqasında 21-ci turun oyunlarına yekun vurulub. Qol.az-ın xəbərinə görə, son oyun günündə daha iki görüş keçirilib.

Münhenqladbax “Borussiya”sı öz meydanında “Leypsiq”ə uduzub – 1:2.

"Köln" - "Şalke" matçında isə bərabərlik qeydə alınıb - 1:1.

Qeyd edək ki, turnir cədvəlinə 50 xalla "Bavariya" başçılıq edir. "Leypsiq" 45 xalla 2-ci, Dortmund "Borussiya"sı isə 37 xalla 3-cüdür.


19 fevral

Almaniya Bundesliqası, XXI tur

"Borussiya" (Münhenqladbax) - "Leypsiq" - 1:2
Qollar:
Forsberq, 31 (0:1), Verner, 55 (0:2), Vesterqard, 81 (1:2)
 
"Köln" - "Şalke" - 1:1
Qollar:
Şopf, 2 (0:1), Modeste, 43 (1:1)
 

17 fevral

"Auqsburq" - "Bayer" – 1:3

18 fevral

"Maynts" - "Verder" - 0:2

"Borussiya" (Dortmund) - "Volfsburq" - 3:0

"Ayntraxt" - "İnqolştadt" - 0:2

"Herta" - "Bavariya" - 1:1

"Hoffenhaym" - "Darmştadt" - 2:0

"Hamburq" - "Frayburq" - 2:2

 


Son xəbərlər