“Boyum balacadısa, məni vurmalısan?” – Qara Qarayev

“Boyum balacadısa, məni vurmalısan?” – Qara Qarayev
GÜNDƏM 19 Fevral 2017 / 21:43 6610
-  A +

“Qarabağ”ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqanın 19-cu "Qəbələ"yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın xəbərinə görə, o, ilk növbədə məğlubiyyəti şərh edib:


- Məğlubiyyətin səbəbini baş məşqçimiz oyunu analiz etdikdən sonra deyəcək. Düşünmürəm ki, böyük bir səhvimiz oldu. Amma bu oyundu, məğlub da ola, qalib də gələ bilərik. Bu gün həqiqətən də “Qəbələ” yaxşı oyun göstərdi. Deməzdim ki, bütün görüş boyu bizdən üstün oldular. Sadəcə, iki qol epizodunun hər ikisindən istifadə etməyi bacardılar.
 
- Kintananın yoxluğu oyunda xeyli dərəcədə hiss olunurdu. Xüsusən də, son ötürmələrdə...

- Kintana bizim əsas heyət üzvümüzdü. Onu itirmək həqiqətən bəzi problemlər yaradır. Ancaq məğlubiyyətimizi onun yoxluğu üzərinə atmaq istəməzdim. Çünki komandamızda o işi görə biləcək futbolçular yetərincədir.
 
- Subotiçlə aranızda nəsə dialoq oldu. Deyəsən, sənə dedi ki, boyun balacadır...

- Bəli, mənə elə dedi. Mən də dedim ki, boyum balacadısa, məni vurmalısan? Epizoddan sonra üzr istədi, ancaq belə məsələlərin olması xoş hal deyil.
 
- Hakim idarəçiliyi haqda nə deyə bilərsən?

- Danışılacaq heç nə yoxdur. Artıq oyun geridə qalıb. Sonra danışdığımız məsələlərdən də bir sual çıxır ki, bu da bizim ziyanımıza olur. Bu oyun artıq bizim üçün bitdi, qarşıdakı matçlara köklənəcəyik.
 
- Azərbaycan çempionatında çox nadir hallarda belə ab-hava olur...

- Son dövrlərdə belə futbol ab-havası görməmişdim. Mənim üçün təəccüblü oldu. Belə oyunların sayı nə qədər çox olsa, o qədər yaxşıdır.
 
- Çempionatın sonuna 8 tur qalıb və “Qəbələ” sona qədər sizinlə mübarizə aparacaq. Bu rəqabət  avrokuboklarda sizə necə təsir edəcək?

- Sözsüz ki, bunun təsiri olacaq. Dediyim kimi, belə oyunların sayı çox olsa, bizim gücümüz daha da artacaq. Xatırlayıram ki, əvvəllər 4-5 komanda arasında rəqabət gedirdi. Belə rəqabətin futbolumuza böyük xeyri dəyə bilər.
 
- “Qarabağ”ın bu mövsüm çempion olmaması sizin üçün faciə sayıla bilərmi?

- Düşünmürəm. Çünki biz hər il çempion olacağıq deyə bir şey yoxdur. Dünyanın ən nəhəng komandaları belə buna köklənmirlər. Amma çempion olmasaq, şəxsi idman uğuru baxımından sıxıntı yaşaya bilərik.

- Üç il ard-arda çempion oldunuz. Builki qədər çətin çempionluq yarışı olmuşdu?

- Mən belə düşünmürəm. İlk çempionluğumuzu da asanlıqla qazanmamışdıq. Hər zaman matçlara yüksək motivasiya ilə çıxmışıq. Turnir cədvəlinin son pilləsindəki komanda da bizə qarşı var gücüylə oynayır. Bütün çempionluqlarımızı çətin rəqiblərlə mübarizə apararaq qazanmışıq. Bu il də sona qədər gərgin çempionat olacağını bilirik və biz buna hazırıq.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər