Belə də yox – 2

Belə də yox – 2
XƏBƏR 19 Fevral 2017 / 15:07 4771
-  A +

Bu gün Azərbaycan çempionatında qızıl oyun səviyyəsində bir matç olacaq. “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Oyunun nə qədər əhəmiyyətli olması barədə geniş danışmağın yeri yoxdu... Bu oyunun əhəmiyyətini uşaqdan böyüyə hamı dərk edir.

Bəs, AFFA, PFL?

2 gün əvvəl AFFA belə bir açıqlama verir ki, qurumun rəhbərliyindən heç kim bu matçı izləməyə getmir.

Çempionatın təşkilatçısı olan PFL-dən də bildirilir ki, qurumun rəhbərliyi görüşü stadiondan izləməyəcək.

Səbəb də gülməlidi. Deyirlər, bu, adi oyunlardan biridi.

Adi oyun. Təsəvvür edirsiniz də!

Ölkədə idman jurnalistlərinin yarıdan çoxu Qəbələdəki oyunu izləməyə gedib. Az qala bütün mütəxəssislər deyir ki, “Qəbələ” – “Qarabağ” çempionatın ən həlledici oyunu ola bilər. Amma futbolumuza cavabdeh olan adamlar bu oyun üçün Qəbələyə getmir...

Bakıda baxacaqlar matça, “CBC Sport” vasitəsi ilə... Kafedə, restoranda, PUB-da, ya kabinetdə, bunun fərqi yoxdu...

Bu gün məlumat yayılıb ki, sayın Prosineçki də oyuna getmir. O da Bakıda baxacaq. Millinin baş məşqçisidi. Normal futbol ölkəsində təkcə elə bu anormal fakta görə ən azı yerli federasiya özü ölçü götürməlidi baş məşqçi barədə.

Amma...

Niyə götürsün ki? Bunların vulkan püskürən məntiqi ilə adi oyundu də...

Başları qarışıb “Niyə də yox”a.

... Və bu futbol təfəkkürü ilə dünya çempionatına düşməyin xəyallarını qurublar.

Ordan “Niyə də yox”un şərəfinə bir tuş!


Son xəbərlər